Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.


Moderator.az xəbər verir ki, "Neftçi" "SOCAR Polymer Arena"da "Sumqayıt"ın qonağı olub.






Görüş "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.


"Neftçi"nin heyətində qolları Breno Almeyda (2) və Lyubomir Tupta vurublar. Ev sahibi komandadan isə Nadir Orucov fərqlənib.


74-cü dəqiqədə "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə ilə meydandan qovulub.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni 1:0, "Sabah" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.


Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.