Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Nicat Əli oğlu İsmayılov 38 yaşında vəfat edib.
 




Nicat İsmayılov 2025-ci ilin oktyabrında Bərdə rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin direktoru və digər təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb. 
 
Məlumata görə, ürək tutmasından vəfat edib.
 
Allah rəhmət eləsin!