“Naxçıvanda yeni komando hərbi hissələrinin yaradıması sübut edir ki, Azərbaycan regional təhlükəsizliyin güclənməsinə töhfə verməkdə davam edir”.


Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan regional təhlükəsizliyin qarantıdır və bu reallıq gələcəkdə də dəyişməyəcək:






“44 günlük Vətən müharibəsi və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan regionun hərbi baxımdan şəriksiz lideri olmaqla yanaşı, həm də regional təhlkəsizliyin əsas qarantıdır. Azərbaycan faktoru, onun ədalətli və qətiyyətli mövqeyi Cənubi Qafqaz regionunda qarşıdurma və qarışıqlar salmaq, bu yolla öz maraqlarını təmin etməyə çalışan kənar güclər üçün mühüm çəkindirici qüvvə rolunda çıxış edir.


Naxçıvanda yeni komando hərbi hissələrinin yaradılması, Müzəffər Ali Baş Komandan tərəfindən həmin hərbi hissələrə Döyüş Bayraqlarının təmin edilməsi göstərir ki, Azərbaycan sülhün qarantı statusunu möhkəmləndirməkdə, milli və regional təhlükəsizliyə verdiyi önəmi artırmaqdadır. Bu isə o deməkdir ki, Cənubi Qafqaz regionu bundan sonra da sülhün hölm sürdüyü  təhlükəsiz məkanlardan biri olaraq qalacaq, dünya gündəminə yalnız və yalnız tərəqqi və inkişaf sahəsindəki uğurları ilə gələcək”.


Seymur ƏLİYEV