İmtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT və TC altqrupları üzrə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanan abituriyentlərin sayı açıqlanıb.
 




Dövlət İmtahan Mərkəzindən Moderator.az-a bildirilib ki, III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.
 
III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.