Mingəçevir Dövlət Universitetində ölüm hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, 1983-cü il təvəllüdlü usta Ruslan Seyidzadə universitetdə təmir işləri aparakən qəfildən halı pisləşib və iş yerində keçinib.
İlkin müayinə zamanı onun ürək tutmasından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.