Bu ilin iyul ayında əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər aylıq müavinət alıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
 

Bildirilib ki, eyni zamanda 91,8 min nəfər əlilliyə görə Prezident təqaüdü alıb.