Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - paylaşımda deyilir.