"Neftçi" Misli Premyer Liqasında uğursuz start seriyasına son qoyub.
 




Moderator.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
 
"Ağ-qaralar" sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlayıblar. Həmin vaxt paytaxt təmsilçisi səfərdə "Şamaxı"nı minimal hesabla məğlub edib.
 
"Neftçi"nin ilk turda ən azı üç qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınıb. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində 4:1 hesablı ev qələbəsi əldə olunub.
 
Qeyd edək ki, Bakı klubu startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarıb. 2001/02 mövsümündə "Ümid"in qonağı olan "Neftçi" 4 cavabsız qolla qalib gəlib.