Astarada bədbəxt hadisə baş verib. 
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.  
 
Kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.
     
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.