Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycanın cüdo millisi İspaniya Super Kubokunda qüvvəsini sınayıb.
 




Cüdo Federasiyasından Moderator.az-a bildirilib ki, Zelim Tçkayev (90 kiloqram) və Murad Fətiyev (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
 
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.