"Sumqayıt" futbol klubunun kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.
 




Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
 
"Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçumuz təxminən 5 ay sonra meydana dönə biləcək", - məlumatda qeyd edilib.
 

Qeyd edək ki, millinin 24 yaşlı futbolçusu dünən “Neftçi” ilə keçirilən matçda birbaşa qırmızı vərəqə ilə meydanı tərk edərkən özünə xəsarət yetirib. O, meydandan ayrılarkən əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası onun ayağına düşərək zədələyib.