Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus hərbi yük gəmisini hədəfə alıb.


Moderator.az xəbər verir ki, bu barədə husilər məlumat yayıb.








Məlumata görə, Qırmızı dənizdə əl-Moxa limanı sahillərində hərbçilər və silah daşıyan Səudiyyə Ərəbistanına məxsus gəmi, eləcə də 4 qayıq ballistik raketlərlə vurulub.


Qeyd olunub ki, zərbə nəticəsində baş verən yanğın bütün gəmini əhatə edib, qayıqlar batıb və ya yanıb.


Xatırladaq ki, Yəmənin əl-Moxa limanı husilərin hücumları səbəbindən fəaliyyətini dayandırıb.