Şəmkir rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki,, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində dünyasını dəyişib.






Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

18:11


Şəmkirdə ağır yol qəzası baş verib.


Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində - Əliyaqublu kəndində qeydə alınıb.


“VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.


Qəza zamanı 4 nəfər ölüb.