Frankfurt "Ayntraxt"ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubu ilə müqavilə imzalayıb.
Moderator.az xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.
M.Batşuayi 2025-ci ilin fevralından Almaniyanın "Ayntraxt" klubunda çıxış edib və keçirdiyi 21 matçda 4 qol vurub.
Qeyd edək ki, o, karyerası ərzində Türkiyənin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Marsel" və Belçikanın "Standard" komandalarının da formasını geyinib. /report/