Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb.
O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Romik Hüseynov Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib, yaralanıb. O, Qarabağ qazisi idi.