Avqustun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
 




Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək.
 
Dəniz suyunun temperaturu:
 
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,
 
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.