Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
 




Moderator.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
 
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
13:03
 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.