Dəməşq Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin yaxın qohumu Vasim Əsədi ölüm cəzasına məhkum edib.


Moderator.az-ın xəbərinə görə, bu barədə "Syrian Arab News Agency" (SANA) agentliyi məlumat verib.






Vasim Əsəd bir neçə nəfərin qəsdən öldürülməsində, eləcə də insanlığa qarşı cinayətlər və hərbi cinayətlər kimi təsnif edilən işgəncə ilə bağlı cinayətlərdə təqsirli bilinib.