İsrailin pilotsuz uçuş aparatı ilə Qəzza şəhəri yaxınlığındakı liman zonasına endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera Arabic" tibbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə Qəzzanın qərbindəki limanda yerləşən yerli kafeyə endirilib. Nəticədə həmçinin 10 nəfər yaralanıb, onlar şəhərdəki Əl-Şifa xəstəxanasına yerləşdiriliblər.
Daha əvvəl İsrail Müdafiə Ordusundan bildirilib ki, zərbənin hədəfi HƏMAS radikal Fələstin qruplaşmasının nümayəndəsi olub.