İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HƏMAS liderlərinə hücum etdiyini açıqlayıb.


Bu barədə Qətərin “əl-Cəzira” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.








“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HƏMAS liderlərini hədəf aldıq. Biz HƏMAS -ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HƏMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.