Əsas investoru "Amazon"un təsisçisi Ceff Bezos olan "1892 Holdings" konsorsiumu "Liverpul" klubunda 40%-ə yaxın pay əldə edib.


Moderator.az bildirir ki, bu barədə "The Athletic" nəşri mənbələrə istinadən xəbər verib.






Avqustun 14-də "Liverpul"un əsas sahibi - Amerikanın "Fenway Sports Group" (FSG) şirkətinin "1892 Holdings"ə azlıq təşkil edən payın satılması barədə razılıq əldə etdiyi məlum olmuşdu. O zaman söhbətin 30%-lik səhm paketindən getdiyi bildirilirdi.


"Kuinz Park Reyncers"in sabiq həmsahibi Amit Bhatiya tərəfindən idarə olunan konsorsium İngiltərə klubunun səhmlərinin təxminən 38%-ni satın alıb.


Bildirilir ki, sövdələşmənin dəyəri 1,65 milyard funt sterlinq (2,23 milyard dollar - red.) təşkil edib. "Forbes"ın məlumatına görə, klubun dəyəri altı milyard dollardan çox qiymətləndirilir.


Qeyd edək ki, Bezos 269 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxslərinin reytinqində üçüncü yerdədir.