Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
 




Moderator.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxacaq.
 
Komandamız Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
 
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq 
 
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
 
18 avqust
 
UEFA Çempionlar Liqası
 
Pley-off, ilk oyun
 
23:00."Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan)
 
Baş hakim: Davide Massa (İtaliya)
 
Buxarest. "Culeşti" stadionu