UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına üç matçla start verilib.
 




Moderator.az xəbər verir ki, gecənin maraqla gözlənilən qarşılaşması "Fənərbağça"  ilə "Lion" klubları arasında baş tutub.
 
Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Oyunda hesabı 40-cı dəqiqədə Fransa təmsilçisindən Lua Openda açıb. Ev sahiblərinin bərabərlik qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub.
 
Tərəflər arasında cavab matçı avqustun 26-da “Park Ol”da keçiriləcək.
 
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
 
"Levski Sofiya" - AEK - 0:0;
 
"Dinamo Zaqreb" - "Vikinq" - 2:2.