Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə avqustun 18-də rayonun Bədirqala kəndində qeydə alınıb.
 
Fətəliyev Elçin Süleyman oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil asfalt yolda hərəkətdə olarkən 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub.
 
Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.