Bu gün Naxçıvanın iki yaşayış məntəqəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
 
Bundan əlavə, saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq.
 
Qazın verilişinin təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilib.