Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb.
 




Moderator.az bildirir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.
 
Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov bu gün şəhər saatlarında idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib.
 
O, sükan arxasında dünyasını dəyişib, idarə etdiyi avtomobil isə yoldan çıxaraq maneəyə çırpılıb.
 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.