Aparıcı Aytən Səfərova ailəsi ilə birlikdə Gürcüstana səfər edib.
Moderator.az xəbər verir ki, aparıcı Tbilisidən Bakıya necə qayıtması ilə bağlı sualları cavablayıb. A.Səfərova “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bilet əldə edə bilmək üçün həftələrlə gözləməli olduğunu açıqlayıb:
“Azərbaycan Dəmir Yolları” QSC-nin saytını ailəmlə birlikdə həftələrlə izlədik. Düz 3 həftə sonra, gecə saat 4-də biletlərə giriş açıldı və biz biletləri əldə etdik. Düz 3 telefonla daxil olduq və ödənişi etdik. Nə qədər insan gözləyir və qatarlar boş qayıtmır”.
Qeyd edək ki, son günlər sərnişinlər ADY-dən bilet alaraq Tbilisiyə getsələr də, geri qayıtmaqda çətinlik çəkdiklərini deyirlər. Sərnişinlərin əksəriyyəti bilet tapa bilmədiklərini və ya qatarların gecikdiyini bildiriblər. /Axşam.az/