Azərbaycanın Qazaxıstana təyin edilmiş yeni fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.
 




Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
 
Azərbaycanla yanaşı, daha səkkiz ölkənin səfiri etimadnamələrini Prezident Kasım-Jomart Tokayevə təqdim edib.
 
Mərasim Astanadakı Müstəqillik Sarayında baş tutub.