Moderator.az “Cursor”a istinadən xəbər verir ki, tanınmış plastik cərrah bu məqsədlə ən faydalı əlavələrdən birinin kollagen olduğunu açıqlayıb.
Onun sözlərinə görə, yaş artdıqca orqanizmdə kollagen istehsalı azalır və bu, dəridə qırışların yaranmasına, elastikliyin itirilməsinə səbəb ola bilər.
Kollagen niyə vacibdir?
Kollagen dərinin möhkəm və elastik qalmasına kömək edir. Bundan başqa, oynaqların və sümüklərin sağlamlığını dəstəkləyir, saç və dırnaqların vəziyyətinə də təsir göstərir.
Mütəxəssislər kollagen əlavəsi seçərkən hidrolizə olunmuş formaya üstünlük verməyi tövsiyə edirlər. Bu növ kollagenin orqanizm tərəfindən daha asan mənimsənildiyi bildirilir. Toz və kapsul formasında olan əlavələrdən istifadə etmək mümkündür.
Mənbədə gündə 5-10 qram kollagen qəbulunun tövsiyə edildiyi qeyd olunur. C vitamininin də kollagenin orqanizmdə sintezində mühüm rol oynadığı vurğulanır.
Mütəmadi kollagen qəbulunun dərinin nəmliliyini və elastikliyini yaxşılaşdırmağa, qırışların görünüşünü azaltmağa, həmçinin saç və dırnaqları möhkəmləndirməyə kömək edə biləcəyi bildirilir.