Xətai rayonu, Gəncə prospektində yanğın başlayıb.


Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda ərazidə tüstü müşahidə olunur.






Məlumata görə, həmin ünvandakı açıq ərazidə məişət tullantıları yanır.


Əraziyə FHN-in qüvvələri cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.