Ötən gün Tovuz rayonunun Xatınlı kəndi istiqamətində baş verən qəza zamanı su kanalında meyiti aşkar edilən 1996-cı il təvəllüdlü Səid Həziyevlə bağlı bəzi təfərrüatlar bilinib.  


Mərhumun yaxın müddətdə nişan mərasimi keçirləcəkmiş. S. Həziyevin fotosu da yayılıb. 






Məlumat üçün bildirək ki, hadisə zamanı S. Həziyevin idarə etdiyi “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.


Faktla bağlı araşdırmalar davam edir.