Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
 




Hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
 
İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
 
R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
 
Faktla bağlı araşdırma aparılır. /report/