Mobil telefonlara göndərilən SMS və internet saytları vasitəsilə İran vətəndaşlarından ölkənin Ali rəhbəri Müctəba Xameneinin sağlamlığı üçün qoyun qurban kəsmələri istənilib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Mesajların İran rejimini dəstəkləyən qruplar tərəfindən göndərildiyi bildirilib.
Vətəndaşlar “Iran International”a göndərdikləri mesajlarda ölkədəki ağır sosial-iqtisadi vəziyyətə toxunaraq yazıblar: “Niyə bunun pulunu xalq ödəməlidir?”.