Tovuz rayon Qovlar şəhərində vətəndaşa məxsus yaşayış evində yanğın haadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, Hüseynov Azər Nəcəf (1972) oğluna məxsus ümumi sahəsi 180 kv.m olan 1 mərtəbəli 5 otaqlı zirzəmidən ibarət yaşayış evi yanıb.
 
Hadisə yerinə 3 yanğın söndürən və 20-ə yaxın canlı qüvvə cəlb olunub.
 
Edilən müdaxilə sonrası alov söndürülüb.