Şəmkirdə bədbəxt hadisə baş verib.
Moderator.az xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.
Kənd sakini 2012-ci il təvəllüdlü yeniyetmə E.Cəfərov ov tüfəngindən açılan atəş nəticəsində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.