“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədovanın həbsdən azad olunması təsdiqlənib.
 




İyulun 30-da barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Lalə Məmmədovanın təqsirliyi sübuta yetirilmədiyi üçün barəsindəki işə xitam verilib.
 
O, istintaq orqanı tərəfindən ötən gün, yəni avqustun 19-da həbsdən azad edilib. /Lent.az/