Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı 2026/2027-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə abituriyent qəbulunu elan edir.


Moderator.az xəbər verir ki, qəbul aşağıdakı ixtisaslar üzrə əyani-qiyabi təhsil formasında həyata keçirilir:







  • Maliyyə və kredit;

  • Mühasibat uçotu, təhlil və audit;

  • Ümumi iqtisadiyyat.


Təhsil ödənişli (müqavilə əsasında) təşkil olunur. Təhsil müddəti 4 il 6 ay təşkil edir.


Rusiya Federasiyasının vətəndaşları qəbul qaydalarına uyğun olaraq Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyinə əsasən qəbul edilirlər.


Xarici ölkə vətəndaşları üçün aşağıdakı fənlər üzrə qəbul imtahanları keçirilir:



  • Riyaziyyat – test üsulu ilə;

  • Azərbaycan və rus dilləri – imla;

  • Coğrafiya – test üsulu ilə.


Əyani-qiyabi təhsil forması üzrə sənəd qəbulu  19 avqust – 25 sentyabr 2026-cı il tarixlərində aparılır.


Müsabiqədə iştirak etmək istəyən şəxslər Dərbənd filialının qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:



  • qəbul üçün müəyyən olunmuş ərizə;

  • şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş, notariat qaydasında təsdiq olunmuş surəti;

  • təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş, notariat qaydasında təsdiq olunmuş surəti;

  • 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;

  • rus dilində tərtib edilmiş tibbi arayış (Forma 086-U).


Qəbul komissiyası həftənin beş günü saat 09:00–18:00, şənbə günü isə 09:00–16:00 aralığında fəaliyyət göstərir.


Sənədləri [email protected] elektron poçt ünvanına da göndərmək mümkündür.


Qəbul prosesi ilə bağlı ətraflı məlumatı www.ageu-derbent.ru rəsmi internet saytından, 8 (724) 04-52-86/87, 012 492 59 03 (daxili: 1190), +7 967 582 01 73 (WhatsApp) telefon nömrələrindən və [email protected] elektron poçt ünvanından əldə edə bilərsiniz.


Ünvan:


Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küçəsi), 10B, 101 nömrəli auditoriya.