UEFA-nın mətbuat xidməti Ginnesin Rekordlar Kitabına düşən uelsli hakimi təbrik edib.
 




Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, hakim Ken Rayt hakimlik karyerasının müddətinə görə rekordçu olduğuna dair rəsmi sertifikat alıb.
 
Rayt artıq 63 mövsümdür matçları idarə edir və bu müddət ərzində 5 000-dən çox qarşılaşmada hakimlik edib.
 
78 yaşlı referi 1964-cü ildən futbol sahəsində fəaliyyət göstərir.
 
Hazırda Rayt Suonsi qraflığının veteranlar liqasında keçirilən oyunlarda hakimlik etməyə davam edir.