“Vaşinqtonun İrana hücum etməkdən başqa seçimi yox idi”.
Moderator.az xəbər verir ki, bunu “WABC” radiosuna verdiyi müsahibə zamanı ABŞ prezidenti Donald Tramp bildirib.
"Bunu etməyimin səbəbi başqa seçimimizin olmaması idi. Mən bunu 100 dəfə təkrarlayardım. Onların nüvə silahı ola bilməz və olmayacaq da", - Tramp deyib.
ABŞ Prezidenti bununla İrana qarşı hərbi əməliyyatların əsas səbəbinin Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq olduğunu vurğulayıb. ABŞ administrasiyası İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib.