TƏBİB-dən 24 yaşlı hamilə qadının ölümü ilə bağlı açıqlama - FOTO - YENİLƏNİB
21 Aug 2026, 14:40 17 baxış 1 dəq oxuma
TƏBİB Bakıda 23 yaşlı qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.
Qurumdan Moderator.az-a verilən məlumata görə, 20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
13:15
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
Moderator.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib.
Bundan sonra qadın abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.
Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.