Şəmkirdə 17 yaşlı yeniyetmə tanışını bıçaqlayıb.
 




Moderator.az xəbər verir ki, hadisə rayon mərkəzində olub.
 
2009-cu il təvəllüdlü Tuncay Hüseynov münaqişə zəminində 2006-cı il təvəllüdlü Elşad Məmmədovu bıçaqlayıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib, onun müalicəsi davam edir.
 
Faktla bağlı Şəmkir rayon Polis Bölməsində araşdırma başlanılıb.