Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, avtomobil yolu keçən rayonun Yolüstü kənd sakini 1994-cü il təvəllüdlü Əsgərov Sahil Zəfər oğlunu vurub.
 
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.