Rusiyanın Finlandiyakı səfiri Pavel Kuznetsov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.






"Bu gün Finlandiya Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirindən ölkənin hava məkanının pozulması ehtimalı ilə əlaqədar izahat tələb edilib", - məlumatda deyilir.