“Gənclər mahnı seçəndə deyirlər ki, “bu mənim xoşuma gəlir, oxumaq istəyirəm”. Xoşuma gəlir ayrı bir məsələdir. Sən bunu oxuya biləcəksən?! O mahnını sən tamaşaçıya çatdırmalısan. 3 dəqiqəlik bir mahnı təsvir olmaya-olmaya yaşamalıdır. Tamaşaçının gözü qarşısında nəsə bir tablo, əsər yaranmalıdır. Çoxları səhv istiqamətə gedir”


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib.






O daha sonra mahnılarını oxuyan gənclərdən danışıb:


“Möhürlənmiş, sevilən mahnıya yenidən qayıdıb nəsə etmək çox çətindir. Xoşuma gəldi, xoşuma gəlmədi ayrı məsələdir. Bu sadaladıqlarım amillər yoxdursa.. Mahnı ürəyin süzgəcindən gəlib keçməlidir. Yenilik gətirə bilərsənsə mən də sevinərəm. Əgər sən onu bərbad vəziyyətə salırsansa, orijinal mahnıya yaxın bir şey yoxdursa bunu bəyənmirəm. Bu mahnıları oxumağın özü də bir dərslikdir, məktəbdir. Mahnılarda vergül, nöqtə, nida bu gün bilinmir. Hamısı itib gedib. Şeirdə vurğuları vura bilmirlər. Bu böyük bəladır” deyə sənətkar bildirib.