"O, iqtidarı Rusiyaya qarşı demarşları dayandırmağa və konstruktiv müstəviyə qayıtmağa çağırıb..."
22 Aug 2026, 10:14 22 baxış 2 dəq oxuma
““Bizdə olan məlumata görə, Ermənistanın Rusiyadakı səfirinin geri çağırılacağı barədə şayiələr uzun müddətdir gəzsə də, Qurgen Arsenyana onun vəzifəsindən geri çağırılması barədə cəmi beş gün əvvəl məlumat verilib. Geri çağırılma təşəbbüsü rəsmi İrəvandan gəlib. Səfirə deyilib ki, onlar gərgin Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün Rusiyaya peşəkar diplomat göndərmək qərarına gəliblər və artıq siyasi təyinatlar olmayacaq və Arsenyan siyasi təyinat nəticəsində Moskvaya gedib. Lakin o, Rusiya isteblişmenti ilə kifayət qədər sıx əlaqələr qurmuşdu və sadəcə olaraq son zamanlar Ermənistan hakimiyyətinin yürütdüyü kursa uyğun gəlmirdi".
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında "Hraparak” qəzeti yazır.
"Bizə dedilər ki, o, son Rusiya əleyhinə addımlara və çıxışlara qarşıdır və dəfələrlə Ermənistan hakimiyyətini Rusiyaya qarşı demarşları dayandırmağa və konstruktiv müstəviəyə qayıtmağa çağırıb, çünki əks halda bu yol təhlükələrlə doludur. Bu fakt hakimiyyəti çox əsəbiləşdirdi və onlar "xain"dən yaxa qurtarmaq və Moskvaya "aktiv agent" göndərmək qərarına gəldilər", - deyə erməni nəşri davamında bildirir.