Kanadanın Toronto şəhərinin North York bölgəsində yaşayan, əslən Azərbaycandan olan Solmaz adlı qadın LOTTO 6/49 lotereyasında 1 milyon dollarlıq “Gold Ball” mükafatının qalibi olub.


Moderator.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Solmaz köhnə lotereya biletlərini yanacaqdoldurma məntəqəsində yoxlayarkən ekranda “Congratulations” yazısını görüb. Əvvəlcə bunun sadəcə reklam olduğunu düşünüb.






Lakin dostu ona 1 milyon dollar qazandığını deyəndə həyəcanından əllərinin titrədiyini bildirib.


Solmaz qazandığı pulla sentyabr ayında universitetə başlayacaq oğlunun təhsil xərclərini ödəməyi, borclarını bağlamağı, həmçinin ailə üzvlərinə və yaxınlarına kömək etməyi planlaşdırır.