İran İraq neftini daşıyan bir sıra tankerlərin strateji əhəmiyyət daşıyan Hörmüz boğazından keçməsinə icazə verib.


Moderator.az xəbər verir ki,İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı Bağdadın əsas xahişlərindən biri İraq tankerləri üçün xüsusi icazənin alınması olub.






İraq Prezidenti Nizar Amidi də İranın son günlərdə İraq neftini daşıyan gəmilərin boğazdan keçməsinə şərait yaratdığını bildirib. Onun sözlərinə görə, Bağdad İraq neftinin Hörmüz boğazından ixracını İran rəsmiləri ilə müzakirə edib.


Amidi məsələni hələ də mürəkkəb olaraq qiymətləndirib.


Qeyd edək ki, İraq Hörmüz boğazında yaranmış vəziyyətdən ən çox təsirlənən ölkələrdən biridir. Boğazda gəmi hərəkətinin müharibədən əvvəlki səviyyədən xeyli aşağı düşməsi və gəmilərin hücum riski ilə üzləşməsi İraqın neft ixracına ciddi təsir göstərir.


Müharibədən əvvəl İraq gündə təxminən 4 milyon barel neft hasil edirdi.