Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub.


Moderator.az-ın məlumatına görə, hadisə ötən gün saat 18:00-da Həsən Seyidbəyli küçəsində baş verib.






Həsən Qorxmaz oğlu Hüseynli idarə etdiyi "Nissan Note" markalı 77-UD-238 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Xalq artisti Ş.Yusupovanı vurub.


Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.