Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçiriləcək.
 




Moderator.az xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya seçməsi ilə üz-üzə gələcək.
 
Milli Gimnastika Arenasındakı qarşılaşma saat 18:30-da start götürəcək.
 
Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 15:30-da başlayacaq.
 
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turdan sonra Azərbaycan millisi 3 xalla qrup lideridir.
 
Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Hələlik xalı olmayan Portuqaliya sonuncu-altıncı sıradadır.