Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə Özbəkistanda diqqət çəkən hədiyyə verilib.
 




Moderator.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
 
“Cənab Prezidentin Özbəkistana dövlət səfərindən gözəl xatirə”, - deyə o, paylaşımında qeyd edib.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərindədir.